Koronavirusla bağlı Rusiyada xəstələrə etdiyi tibbi yardımlara görə onu “Qəhrəman tibb bacısı” adlandırırlar. Hətta Moskva vilayətində yol kənarlarına “Təşəkkür edirəm, həkim” sözləri yazılan plakatları da vurulub. Haqqında danışacağımız həmyerlimiz olan tibb bacısının etdiyi qəhrəmanlıq haqqında əməkdaşımız Elnur Vahidoğlu danışacaq. O, bu tibb bacısının ata evində olub, onun etdikləri fədakarlıq haqqında sujet hazırlayıb. İzləyək
Nuranə Eminova - tibb bacısı: Biz damar, yan iynələr vurub analizlər götürürük. Mart ayında bizi dəvət etdilər evlərə getməyə karanavirisla əlaqədar analizlər götürməyə. Bizim həkimlər mənim şəkilimi göndərib ki, Nuranə sən bizim fəxrimizsən, qürurumuzsan. Sənin gör şəklin haralardadır. Həddindən artıq qürurvericidir, çox sevincliyəm. Bu dəqiqə dünyanın ən xoşbəxtiyəm ki, əməyimə qiymət verildi.
Rusiyanın Krasnoqorsk şəhər 2 saylı Dövlət Poliknikasında tibb bacısı işləyir Nuranə Eminova. Koronavirusla bağlı xəstələrdən rekort sayda 6700 qan nümuəsi götürməklə adını Rusiya səhiyyənin tarixinə yazıb. Xanım həmyerlimiz 2 saat ərzində təxminən 100-ə yaxın şəxsdən qan nümunəsi götürür. O, tibb bacısı olsa da infeksiyaya yoluxan şəxslərin müalicəsində də iştirak edir.
Gülnar Babayeva - Nuranə Eminovanın bacısı: Biz 5 bacıyıq, Nuranə bizim üçüncü bacımızdır. Demək olar ki, o bizim həm bacımız həm də qardaşımızdır. Onun o çətin günlərinin şahidi mən olmuşam. Nuranə övladlarının, ailəsinin üzünə həsrətdi. Deyirdi ki, məni gözləyən qoca yaşlı xəstələr var. Onun heç kimi yoxdu mən onlara yeməkdə aparmalıyam, onun gözü qapıda yoldadır, mən getməliyəm. Baş həkimi təşəkkürnamə, diplom veriblər. Azərbaycan Diasporasında təşkkürnamə, diplomlar verilib.
Fədakar tibb işçisinin uşaqlıq arzusu olub ağ xalat geyinmək.
Cavanşir Babayev - Nuranə Eminovanın atası: Uşaq vaxtından arzuladığı başına gəldi. Mən fəxr edirəm ki, Nuranə Azərbaycan xalqının adını yüksəklərə qaldırır. Əlbətə qürur duyuram, indi danışıram qəhərlənirəm. Qeyrətinə qurban olum sən mənim adımı yüksəklərə qaldırırsan.
1980-ci ildə Göygöl rayonunda anadan olan Nuranə Eminova 2002-ci ildə Gəncə Tibb Kollecinin tibb bacısı fakültəsini bitirib. Moskva vilayətində yaşayan Nuranə Eminova 2 övlad anasıdır.
Elnur Vahidoğlu
- Baxış: 619