• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 931
— 20.06.2020 20:19

İlin ilk Günəş tutulması Azərbaycanda da müşahidə ediləcək

KepezTV Player

Sabah - yay Günəş duruşu günündə 2020-ci ilin həlqəvari Günəş tutulması gerçəkləşəcək. Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, proses saat 07:46-da başlayacaq və saat 13:34-də sona çatacaq. Tutulmanın maksimumu saat 10:41-də olacaq. Azərbaycan ərazisində Günəş tutulması qismən müşahidə olunacaq. Hadisə Azərbaycan ərazisi üçün saat 08:47-də başlayıb saat 11:05-də sona çatacaq.