• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2048
— 20.06.2020 20:10

Gəncədə yaşıllıqlara qulluq göstərilib

KepezTV Player

Gəncədə ümumşəhər iməcliyi keçirilib. İstirahət məkanları və parklarda, yol kənarlarında qurumuş otlar biçilib, xəzəllər yığılıb, ağacların dibləri bellənib. Yaşıllıq zollaqlarında mövsümü güllər əkilib. Azərbaycan bayrağı küçəsində, Gəncəçayının sağ sahilində uzun müdətdir yığılan tullantılar ərazidən daşınıb. Ümumilikdə isə Gəncədə  17 parkda 960 ha yaşıllıq zonasında işlər aparılıb, suvarılması təmin edilib.

Elşad Əsgərov MKTİB-nin rəis müavini: Parklarımızda istiyə dözməyən gül-çüçəklərimiz var ki, onlar dəyişdirilir təmizlənilir yenisi ilə əvəzlənilir. Suvarma sistemi yenilənir, Bakı istiqamətində artezian quyuları var onlar təzələnilir. Havanın isti olmağını nəzərə alaraq səhər saat 6-8 kimi qazon hissələri suvarılır. Axşam saat 7-10 kimi isə gül-çiçəklər suvarılır. Bunun hamısının özünün qanun qaydaları var.

İsgəndər Zeynalov aksiya iştirakçısı: DOST Xidmətində işləyirəm, Gəncənin abadlığı üçün çalışırıq. Gəncəçayının içini təmizləyirik, ağaclarını dibini təmizləyirik.

Hicran Həsənova aksiya iştirakçısı: DOST Xidmətində işləyirəm, bizdə burada təmizlik işləri görürük. İstəyirik ki, şəhərimiz abadlaşsın təmiz görünsün.