Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən Gəncə şəhərinə giriş-çıxışa qadağa qüvvədə qalsa da ətraf rayonların sakinlərı və şəhər əhalisi məhdudiyyətlərə əməl etmək istəmirlər. Bu səbəbdədn də Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları nəzarəti gücləndirib. Əməkdaşlarımız bu gün qurulan postlarda mövcud vəziyyətlə tanış olublar.
Gəncəyə daha çox qərb istiqamətindən üz tuturlar. Xüsusi ilə şəhərə yaxın ərazidə yerləşən Göygöl və Şəmkir rayonlarının sakinləri vaxtaşırı məhdudiyyətləri pozmağa cəhd göstərirlər. Bir qayda olaraq polis postlarında saxlanılan vətəndaşlar Gəncəyə daxil olmaq üçün müxtəlif arqumentlər səsləndirirlər.
Qamət Qasımov Göygöl sakini: Biz uşaqlıqdan Gəncə ilə dolanmışıq. Qatığmızı südümüzü Gəncədə satmışıq. Mağazaya Gəncəyə gəlmişik. Biz Gəncəyə bitişik kənddə qalırıq. Biz hara gedək.
Gəncəyə girişlə yanaşı çıxışa da məhdudiyyət qüvvədədir. Şəhər sakinləri isti yay günlərində daha çox Göygöl və Daşkəsən rayonları ərazisinə üz tutmağa çalışırlar. Gəncədən tranzit kimi istifadə edən Türkiyə vətəndaşı da ölkəmizdə görülən qabaqlayıcı tədbirləri yüksək qiymətləndirib.
İnşallah bu bir anda bitər. Millət sağlığına qovuşar. Bizi bunu istəyərik.İstəyimiz budur.
Gəncəyə ağır tonnajlı yük avtomobillərinin girişi qadağan edilsə də bəzi vətəndaşlar bu göstərişə də məhəl qoymurlar. Karantin dövründə şəhərə daxil olan belə sürücülər Nizami prospektində saxlanılaraq barələrində hüquqi tədbir görülür.
Habil İsmayılov sürücü: Qoşqudan üstünə yığmışam. Bura qəsəbəyə aparıram. Bilmirdim bilsəydim şəhərə girməzdim.
Gəncə şəhər Baş Polis İdarəsi bir daha vətəndaşlara xəbərdarlıq edir - Operativ qəragahın tələb və tövsiyyələrinə əməl etmək vacibdir. Qaydalara əməl etməyənlər barəsində hüquqi tədbirlər görüləcək.
Natiq Hüseyn
- Baxış: 1087