• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1213
— 20.06.2020 12:36

"Bölgələrdə insanlar sanki virus yoxmuş kimi hərəkət edirlər"

KepezTV Player

Həftə sonlarında etdiyimiz qısamüddətli qapanmalar zamanı istədiyimiz nəticəni görə bilmədik, tam əks nəticələr əldə edildi. Bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib. TƏBİB bir daha əhalini qaydalara əməl etməyə çağırıb.

TƏBİB-in şöbə müdiri bütün vətəndaşları sosial aktivliyi azaltmağa çağırıb. Bu gün hər bir insan infeksiya mənbəyi ola bilər. Buna hər kəs yoluxa bilər. Yaqut Qarayeva xüsusən bölgələrdə qaydalara ciddi əməl olunmadığına diqqət çəkib.

 "Bugünkü COVİD xəstələri mart və aprel aylarındakılardan çox fərqlənir"

Virusun mutasiyasından danışarkən Yaqut Qarayeva vurğulayıb ki, bugünkü COVİD xəstələri mart və aprel aylarındakı xəstələrdən çox fərləqənir. Virus mutasiyaya uğramaqda davam edir. Hazırda xəstəlik daha ağırdır və asimptomatik xəstlərə çox az rast gəlinir.

"Torpaq yolla gedənləri aşkarlamaq üçün texniki vasitələrdən istifadə ediləcək"

“Artıq ikinci gündür Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ərazisində yaşayan şəxslər rayonlara getməyə cəhdlər edirlər”.Dünən axşam 4000-i Bakı, 1000-i isə rayon istiqamətində olmaqla 5 minə qədər avtomobil geri qaytarılıb.Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev insanları buna cəhd etməməyə çağırıb və vurğulayıb ki,rayonlara torpaq yolla getmək istəyənləri aşkarlamaq üçün texniki vasitələrdən də istifadə ediləcək.

Ailə içərisində yoluxmalar çoxdur

"E-Təbib" insanları ətrafdakı viruslu şəxslərlə bağlı xəbərdar edəcək

“E-Təbib” mobil tətbiqi ilə bağlı da məlumat verilib. Ətrafdakıların potensial virus daşıyıcısı olub-olmaması barədə insanları xəbərdar edəcək tətbiqdən istifadə bütün mobil operator istifadəçiləri üçün pulsuz olacaq. İnsanlar ictimai yerlərdə olarkən bu barədə məlumatlar iki metr məsafədən müəyyən ediləcək. Amma bu məsafə iki metrdən çox olmamalıdır. Məlumatlar bluetooth texnologiyası əsasında təyin ediləcək. Təsadüfən infeksiyanın daşıyıcısı ilə əlaqəsi olanlara - məsələn, sırada, dükanda və s. bildiriş göndəriləcək və laboratoriya testinə dəvət ediləcək. “E-təbib” mobil tətbiq əlavəsindən istifadə zamanı internet trafiki pulsuz olacaq”. Tətbiqi asanlıqla telefona yükləmək mümkündür. Tətbiqi işə salın və mobil telefon nömrənizi daxil edin. SMS vasitəsilə göndəriləcək təsdiq kodunu müvafiq xanalara daxil edin. Bluetooth qurğusunu işə salın. “E-Təbib” tətbiqi mobil telefon nömrəsindən başqa heç bir şəxsi məlumatı toplamır. İrəlidə tətbiqə bir sıra yeni funksiyalar əlavə olunacaq.

Sabahdan məhdudiyyətlər tətbiq olunacaq

Narıncı zonada, o cümlədə Gəncədə sabahdan başlayaraq 5 iyul səhər saat 6-dək tətbiq ediləcək məhdudiyyətlərə gəlincə, nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzləri işləməyəcək. İctimai iaşə obyektlərində müştərilərə yerində xidmət göstərilməyəcək. Muzeylər və sərgi zalları bağlı olacaq. Bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti dayandırılacaq, kosmetik xidmətlər göstərilməyəcək. Onlayn imtahan, müsabiqə və müsahibələr istisna olmaqla təhsil müəssisələrinin fəaliyyəti, açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi dayandırılır. Siyahısı müəyyənləşdirilən müəyyən orqanların əməkdaşlarının hərəkətinə onlar barəsində məlumatlar “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir. Digər şəxslər evdən çıxmaq üçün 8103 nömrəsinə şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini, eləcə də müvafiq rəqəmi yazıb göndərməlidirlər. 1 rəqəmi - təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar. İcazə rayon və şəhər daxilində 2 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda əlavə müddət nəzərə alınır. 2 rəqəmi – marketə, aptekə getmək, dövlət xidmətləri, bank, poçt və fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə etmək, həmçinin açıq havada vaxt keçirmək üçün. İcazə 2 saat müddətinə gündə 1 dəfə verilir. Dövlət xidmətlərindən istifadə zərurəti ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk edən şəxslər üçün geri qayıtma müddəti müvafiq dövlət qurumu tərəfindən verilən arayışla müəyyən edilir.

1 kodundan gündə neçə dəfə istifadə etmək olar?

Dəfndə iştirak üçün icazə 102-dən alınmalıdır

Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda SMS-icazə tələb olunmur. Yaxın qohumun dəfnində iştirakla əlaqədar Daxili İşlər Nazirliyinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsilə icazə alınmalıdır. Bütün hallarda üzərinizdə şəxsiyyəti təsdiq edən sənədlərin olması məcburidir. Qaydaların pozulması inzibati və cinayət məsuliyyəti yaradır.