• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1769
— 19.06.2020 19:53

Şəmkirdə on min sakinin su problemi həll olundu

KepezTV Player

Şəmkirin Morul yaşayış massivində on min sakinin su sarıdan çətinliyinə son qoyulub. Xüsusi ilə də isti yay günlərində daha çox ehtiyac duyulan suya tələbatını uzun illərdir ödəyə bilməyənlər indi savinclidirlər.

Bilal Məmmədov - sakin: Şəmkir şəhərinin Morul hissəsində 30 ildir əhali sudan korluq çəkirdi. 30 ildir bu problem həll olunmurdu.

Morulun su ilə təchizatı Cəyir çayı vasitəsi ilə həyata keçirilib. Son vaxtlar çayda suyun səviyyəsi aşağı düşdüyündən əhalinin içməli su sarıdan çətinliyi daha da qabarıq şəkildə özünü göstərib. 

Qafar Vəliyev - sakin: Şəmkirdə daim su problemi olub. Ən əsası da isti yay günlərində Sərxan deyilən ərazidə sular tamam ilə kəsilirdi. Insanlar çox əziyyət çəkirdi.

Bu günlərdə Şəmkirçay su anbarından Şəmkir şəhərinə çəkilən yeni su xəttindən Morul yaşayış massivinə də yeni xətt çəkilib. Nəticədə ərazidə yaşayan 10 min sakinin sevincinə-sevinc qatılıb.

Sədaqət Əhmədova - sakin: Ən çox sudan əziyyət çəkən qadınlar olub. Ancaq çox şükürlər olsun ki bu problemlər aradan qaldırılıb. Biz sevinirik.

Şəmkir şəhərinin içməi su ilə fasiləsiz təzhizatı üçün su anbarından rayon mərkəzinə qədər 16 kilometrlik yeni xətti çəkilib. Su təmizləyici qurğular və 2 nasos stansiyası quraşdırılıb.

Hafis Məmmədov - Şəmkir Su-Kanal İdarəsinin rəisi: Şəmkirçay Su Anbarından çəkilən bir nömrəli anbardan bizim bu iki nömrəli anbara yeni xətt çəkilib. 2000 tonluq anbardır. Bu günləri işə saldıq.

Əraziyə suyun verilməsi münasibəti ilə sakinlərin sevincinə şərik olan rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov bu kimi layihələrin davam etdiriləcəyini diqqətə çatdırıb. Vətəndaşlara sudan səmərəli və qənaətlə istifadə etməyi tövsiyyə edib. Rayon rəhbəri mövcud olan digər kommunal problemlərind də tezliklə aradan qaldırılacağını vurğulayıb.