• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 710
— 19.06.2020 16:05

Mobil telefon və dərman preparatlarının qanunsuz idxalının qarşısını alıb

KepezTV Player

Dövlət Gömrük komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "DAF" markalı yük avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasında olan oturacağın və yataq yerinin altında gömrük nəzarətinə bəyan olunmayan 7 ədəd mobil telefon, kabinənin ön panelinin alt hissəsindəki boşluqda isə gömrük nəzarətindən gizlədilən 2 500 kapsul dərman preparatları aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.