KepezTV Player
Göygöldə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədilib. Balçılı kəndi ərazisində yolu keçmək istəyən piyada - Gəncə şəhər sakini, 36 yaşlı Fizuli Əsgərov avtomobillə vurulub və aldığı xəsarətlərdən vəfat edib. İstintaqla hadisənin “VAZ 2106” markalı avtomobilin sürücüsü, rayon sakini 32 yaşlı Emin Məmmədov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud surətdə pozularaq törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, tutularaq istintaqa cəlb olunub və müdafiəçinin iştirakı ilə dindirilib.Göygöl rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanıb. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
- Baxış: 1670