KepezTV Player
Azərbaycanda koronaviruslu xəstələr üçün ayrılan xəstəxanaların sayı 12-ə çatıb.Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi -TƏBİB infeksiyaya yoluxanların müalicəsi ilə bağlı xüsusi rejimli xəstəxanalar kimi müəyyənləşdirilən tibb müəssisələrinin siyahısını açıqlayıb.Bunlar, Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu, 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, 1 saylı Kliniki Tibbi Mərkəz, Azərsu Tikinti Xəstəxanası,Göyçay, Salyan, Xızı, Qusar, Ucar, Saatlı və Zərdab Rayon Mərkəzi Xəstəxanalar, həmçinin Gəncə Dəmiryol Xəstəxanasıdır. Burada olan pasiyentlər ən yaxın rayonlardakı xəstəxanalara köçürülərək müalicələrini davam etdirə biləcəklər.
- Baxış: 355