• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 729
— 18.06.2020 11:25

Şəmkirdə çətənə əkən şəxslər saxlanılıb

KepezTV Player

Şəxsi istifadə üçün çətənə kolu əkən şəxslər saxlanılıb. Şəmkirdə saxlanılan şəxslərin narkotiklərin alqı-satqısında əllərinin olub-olmadığı araşdırılır.

İyunun 15-də  Şəmkir Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Mehirli kənd sakininin yaşadığı evə baxış keçirilib. 56 yaşlı Alim Novruzəliyevə məxsus evin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq edilən narkotik xassəli çətənə - Kannabis bitkisi və 5 ədəd çətənə kolu aşkar edilib. Alim Novruzəliyevin üzərindən isə 3 ədəd kibrit qutusunda ümumi çəkisi 17.212 qram narkotik vasitə olan qurudulmuş marixuana götürülüb.

Alim Novruzəliyev saxlanılan şəxs: Öz istifadəm üçün məhləmdə əkmişəm. Toxumu özümdə var idi. Çayın qırağından götürmüşdüm. Yazın əvvəlində əkmişdim. Tutduğum əməldən peşmanam.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Dəllər-Cəyir kənd sakini Tofiq Hüseynova məxsus evin həyətyanı sahəsindən də 12 ədəd xüsusi aqrotexniki qaydada qulluq edilən çətənə kolu aşkarlanıb. Götürülən maddi sübutlar bioloji ekspertizaya təqdim olunub.

Tofiq Hüseynov saxlanılan şəxs: Narkotik istifadəçisiyəm. Ona görə də özüm üçün 12 dənə ağacını əkmişdim. Özüm də vaxtlı-vaxtında nə lazım idi edirdim. İstədim ki, yetişsin bəhərini görüm, özüm çəkəm.

Elvin Gözəlov Şəmkir RPŞ-nın İstintaq bölməsinin baş müstəntiqi: Hüseynov Tofiq Allahverdi oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 227.1 maddəsi ilə Novruzəliyev Alim Həsrət oğlunun barəsində isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1 maddələri ilə cinayət işi başlanmışdı. Hazırda ibtidai istintaq davam etdirilir.

Hazırda hər iki şəxsin digər cinayətlərdə də iştirakının olub olmaması araşdırılır.

Elnur Vahidoğlu