• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 890
— 17.06.2020 19:38

Soyğunçuluq və oğurluq edənlər saxlanıldılar

KepezTV Player

Nəfsinə hakim gələ bilməyənlər azadlıqları ilə sınanacaqlar. Söhbət soyğunçuluq və oğurluq etdiklərinə görə saxlanılan şəxslərdən gedir. İzləyək...

Sabunçu rayonu Bakıxanov qəsəbəsi R.Axundov küçəsi 5 ünvanında paytaxt sakini olan bir qadına qarşı soyğunçuluq edilib. Naməlum şəxs qadına zor tətbiq etməklə boynundan 200 manat dəyərində qızıl boyunbağını və qulağındakı sırğalardan birini talayaraq hadisə yerindən qaçıb. Zərərçəkən şəxs Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə şikayət edərək cinayəti törədənlərin tapılaraq məsuliyyətə cəlb olunmasını xahiş edib. Bölmə əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalInmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı sakini əvvəllər məhkum olunmuş Rakif Ramazanov saxlanılaraq istintaqa təqdim olunub. Tutulan zaman onun üzərindən şəxsi istehlak miqdarından artıq çəkidə narkotik maddə olan heroin də aşkar olunaraq götürülüb.

Bakı şəhər Baş Polis İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları isə Pirşağı qəsəbəsində yerləşən marketlərdən birində satıcıya qarşı soyğunçuluq edən şəxsi saxlayıblar. Araşdırma zamanı əvvəllər məhkum olunmuş İsmayıl Mirzəyevin kassadan pulu açıq talama yolu ilə ələ keçirdiyi məlum  olub. İsmayıl Mirzəyev cəzaçəkmə müəssisəsindən ötən ay azadlığa buraxılıb.

Nərimanov rayonunda yaşayan paytaxt sakini Eldəniz Təhməzova məxsus “VAZ 2106” markalı  avtomobil naməlum şəxslər tərəfindən qaçırılıb. Zərərçəkən ərazi üzrə Nərimanov Rayon Polis İdarəsinin 17-cı Polis Şöbəsinə şikayət edib.

Müəyyən edilib ki, onların məqsədi avtomobili qaçırandan sonra hissələrə ayıraraq satmaq olub. Nəqliyyat vasitəsi Elgün Heydərovun yaşadığı evin həyətindən aşkar olunaraq götürülüb. Faktla bağlı 17-ci Polis Şöbəsində toplanan materiallar araşdırlması üçün Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslərin  əməllərindən zərərçəkən başqa şəxslər varsa,  “102” Zəng Mərkəzinə  və ya Nərimanov RPİ-nin 17-Polis Şöbəsinə müraciət edə bilərlər.