• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1077
— 17.06.2020 16:22

Qanunsuz balıq sexi aşkar edilib

KepezTV Player

Deyirlər adında "R" hərfi olmayan ayda balıq yeyilməz. Amma təzə balıqdan fərqli olaraq dondurulmuş, konservləşdirilmiş, qurudulmuş, hisə verilmiş balıqlara ilin bütün fəsillərində rast gəlinir. Amma Qida Təhlükəsizliyi Agentliyininin Gəncədə keçirdiyi reyd bu fikirləri də alt-üst edəcək, ən azından seçim edərkən diqqətli olmağa vadar edəcək.

Görüntülər Gəncədə, Zeynal Xəlil küçəsi ev 1 ünvanında görüntülənib. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Gəncə Regional Bölməsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı gigiyenik tələblərə cavab verməyən, anti-sanitar şəkildə hazırlanan balıq istehsalı sexi aşkarlanıb. Fiziki şəxs Fuad Salmanova məxsus obyektdə texniki reqlamentlərin və qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.

Hazırda olduğumuz yer müəssisənin anbarı kimi fəaliyyət göstərir. Burda hazır məhsulların saxlanması üçün nəzərdə tutulub. Yəni müəssisədə istifadə olunan duzun sənədləri mövcud deyil. 3 ədəd çəlləkdə hardasa 150 kq-ya yaxın məhsul duza qoyulmuş halda saxlanılır.

”Sexdə 50-60 kq civarında vaxtı keçmiş, istifadəyə yararsız balıqlar aşkar edilib. Hazırlanması məqsədilə istifadə olunan qabların antisanitar şəraitdə, kustar üsullarla, sanitar norma və qaydalara uyğun olmayan şəkildə olduğu müəyyən edilib. İstehsal olunan məhsulların aqibətinə gəlincə...

Bürcü Cabbarov - AQTA-nın Gəncə Regional Bölməsinin rəisi: “ Bu gün fəaliyyətini aşkar etdiyimiz obyektin fəaliyyəti tam məhdudlaşdıracaq və haqqında tədbir görüləcəkdir. Burda müsadirə edilmiş bütün məhsullar hamısı paloqonda tullantı məhsullarının məhv edilməsi haqqında qanuna əsasən məhv ediləcəkdir.”