Taksi xidmətindən istifadə edən sərnişinlərin sayı iki nəfərdən çox deyilsə, onlar yalnız arxa oturacaqlardan istifadə etməlidirlər. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarovanın sözlərinə görə, qurum taksi sürücülərinə bu barədə tapşırıq verib. Bu məhdudiyyət qeyri-müəyyən dövrə kimi qüvvədə qalacaq. Taksilərin ön oturacaqlarına bu barədə stikerlər də yapışdırılacaq. Pandemiya dövründə taksilərdə də şəffaf arakəsmə onun üçün yaradılıb ki, sərnişin və sürücü arasındakı izolyasiya qaydalarına əməl olunsun. Allahyarova istisna hallar barədə də söz açıb. Belə ki, bir ailədən ikidən artıq sərnişin olarsa, tibbi qaydalara əməl edərək onlardan biri ön oturacaqda əyləşə bilər.
- Baxış: 204