• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1046
— 17.06.2020 12:15

Kişi qardaşı arvadını öldürdü, nəvələrini və gəlinini yaraladı

KepezTV Player

Gəncədə 4 nəfərin bıçaqlanması ilə nəticələnən ağır cinayət barədə xəbər vermişdik. Hadisənin təfərrüatları məlum olub. Belə ki, olay Ağamirzə Əhmədov küçəsində qeydə alınıb. 70 yaşlı Mahir Quliyev gəlini 36 yaşlı Günay Quliyeva, nəvələri 14 yaşlı Malik Quliyevlə 18 yaşlı Sevinc Quliyeva və qardaşının arvadı, eyni zamanda gəlininin xalası olan 53 yaşlı Ofeliya Quliyevanı bıçaqlayıb. Sonuncu hadisə yerində ölüb. Yaralılar Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar və əməliyyat ediliblər. İlkin məlumata görə, hadisəyə səbəb Mahir Quliyevin gəlininin boşanmasına etiraz etməsi olub. ((SOT ХР 00:00:38 NAME: Bəxtiyar Əliyev TITLE: həkim TEXT: ))

Hadisəni törədən Mahir Quliyev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, ekspertizalar təyin edilib. Zəruri istintaq tədbirləri davam etdirilir.