• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1771
— 16.06.2020 11:59

Gənc oğlan qətlə yetirildi

KepezTV Player

Salyan rayonunda qətl törədilib. Belə ki, 24 yaşlı Asif Qarayevin odlu silahla qətlə yetirilən meyiti Qaraçala ərazisində yerləşən süni balıq gölünün kənarında aşkar edilib. Prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilən zaman meyitin yaxınlığından 2 ədəd giliz, içərisində 1 ədəd patron olan tüfəng, qanabənzər maddələr və balıq tutmaq üçün nəzərdə tutulan tor aşkar edilərək müvafiq qaydada qablaşdırılaraq götürülüb. Faktla bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.İş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq-əməliyyat tədbirləri aparılıb.Hazırda cinayəti törədən şəxs və ya şəxslərin dairəsinin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində işlər davam etdirilir.