• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1816
— 16.06.2020 12:43

Sərtləşdirilmiş karantin günlərində Gəncə...

KepezTV Player

COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə iyunun 14-ü gecə saat 12-dən bu gün səhər saat 6-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq edilib.  Gəncə şəhərində ötən həftə ilə müqayisədə bu dəfə sakinlər daha az qanun pozuntusuna yol veriblər.

Sərtləşdirilmiş karantin rejimi çərçivəsində şəhərdə genişmiqyaslı dezinfeksiya işləri aparılıb. Gəncənin park və xiyabanları kimyəvi maddələrlə yuyulub.  Şəhərin mərkəzində, qəsəbələrdə, insanların sıx yaşadığı ərazilərdə postlar qurulub. Səsgücləndiricilər vasitəsilə vətəndaşlar evlərində qalmağa və sərtləşdirilmiş karantin rejiminin tələbələrinə əməl etməyə çağrılıb.

Eşqin Qasımov DİN-in mətbuat xidmətinin əməkdaşı: Sərt karantin rejimi ilə əlaqədər olaraq Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları Daxili Qoşunların şəxsi heyəti ilə birlikdə gücləndirilmiş iş rejimində xidmət aparıb. Xidmət zamanı elə bir ciddi qayda pozuntusu aşkarlanmayıb. Şəhət sakinləri sərt karantin rejiminin tələblərini yerinə yetiriblər.

Polis yaşlı qadının dərmanlarını evinə çatdırdı

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları şəhərin inzibati ərazisində xidmət apararkən bir nəfər yaşlı qadının yaşayış yerini icazəsiz tərk etdiyini müəyyən ediblər. Polis əməkdaşları dərhal vətəndaşa yaxınlaşaraq koronavirus pandemiyası və ölkə ərazisində tətbiq edilən karantin rejimi barədə məlumat veriblər. Şəhər sakini bildirib ki, səhhəti ilə bağlı dərman almaq üçün evindən çıxıb. Polis əməkdaşları qadını evinə qaytararaq, onu lazım dərman preparatları ilə təmin ediblər.