• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1928
— 13.06.2020 15:55

“Gənc musiqiçilər” mükafata layiq görülüb

KepezTV Player

Təhsil Nazirliyinin dəstəyi və  Respublika Uşaq Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Bakıda onlayn beynəlxalq yaradıcılıq festivalı keçirilib. “Üç alov” adlı Uşaq və Gənclərin folklor, klassik və müasir yaradıcılıq festivalında Gəncədən 2 nəfər yer tutub.

Gəncə şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin 8 şagirdi iyunun əvvəlində reallaşan “Üç alov” adlı Beynəlxalq yaradıcılıq festivalında 3 naminasiya üzrə iştirak edib. Mərkəzin “Gənc musiqiçilər” dərnəyinin üzvü İlqar İsayev Azərbaycanın xalq mahnısı “Sarı gəlin” ilə 9-14 yaş arası folklor müsabiqəsində İtaliya, Moldova, Qazaxıstan, Rusiya, Belarus və Özbəkistan təmsilçiləri arasında ikinci yerə layiq görülüb.

İlqar İsayev ikinci yerin qalibi: Bu mənim üçün böyük bir uğurdu. Çox həyacanlı idim və çox əziyyət çəkdik. Yaxşı ki, bu əziyyətimizin bəhrəsini gördüm. Uşaqlıqdan Arif Babayev, Mənsum İbrahimov, Alim Qasımov kimi xanəndələrimizə qulaq asıram. İstəyirəm ki, məndə gələcəkdə onlar kimi xanəndə olum

Festivala 1750 uşaq göndərdiyi videoçarxlarla qatılıb. 3 yaş qrupu üzrə qaliblər münsiflər tərəfindən onlayn şəkildə səsvermədən sonra müəyyənləşib.

Məhəbbət Ağayeva “Gənc musiqiçilər” dərnəyinin rəhbəri: Məllimi olaraq məni çox sevindirdi. Biz inanırıq ki, İlqarın sevdiyi Azərbaycan musiqisi onu hələ çox irəlilərə aparacaq. Onun böyük arzuları var. Bizdə bacardığımız köməkliyi edirik ki, o öz arzusunu çatsın. İnanırıq ki, İlqar inkişaf etdikcə, böyüdükcə Azərbaycan musiqisini dünyaya da çıxardacaq.

Festival milli musiqi və mədəni irsin təbliği ilə yanaşı istedadlı gənclərin imkanlarının artırılmasına xidmət edir.

Sevinc Ələkbərova Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru: Eyni zamanda solo rəqsdə bizim Salahova Aysu həvəsləndirci yerlə mükafatlandırılıb. Pandemiya dövründə keçirilən ilk beynəlxalq festivaldı ki, uşaqlarımız layiqli yer tutdular. Təbii ki, bu bizim üçüm sevindirici haldır. Qurtuluş günü ilə bağlı rəsm müsabiqəsinə uşaqlarımız əl işlərini göndərib. Biz nəticələrimizi gözləyirik. Eyni zamanda 26 iyun silahlı qüvvələr günü ilə keçirilən müsabiqəydə uşaqlarımızın əl işi var. İnanırıq ki, bu müsabiqələrdə, naminasiyalarda da uğurlar qazanacağıq

Mərkəzin şagirdləri Təhsil Nazirliyinin keçirdiyi müsabiqələrdə də mükafata layiq yerlər tutublar.

Elnur Vahidoğlu