Cəmiyyətdə elə insanlar var ki, onlara münasibət daha böyük diqqət və həssaslıq tələb edir. Qayğı və diqqətə, həssas münasibətə həmişə ehtiyac duyan fiziki imkanları məhdud olan insanların sosial müdafiəsinin gücləndirilməsi hər zaman düşündürən məsələ olub. Onların reabilitasiyası, cəmiyyətə inteqrasiyası mühüm sosial vəzifələrdəndir.Sıradakı materialımızı xüsusi qayğıya ehtiyaclı insanlara həsr etmişik.
Unicef-in təşkilatçılığı ilə pandemiya dövründə sağlamlıq imkanları məhdud olan uşaqların sadə profilaktik tədbirlərə - xüsusilə əllərin yuyulması kimi gigiyenik qaydalara necə riayət etmələri ilə bağlı, eyni zamanda izolyasiya şəraitində bu tədbirlərə düzgün riayət etmələri haqqında müxtəlif kağızlar və kartlar paylanılır. Uşaq inkişaf mütəxəssisləri sosial şəbəkələr vasitəsilə valideyn və uşaqlarla bu əlaqəni genişləndirir. Ailələrlə söhbətlər aparılır, valideynlərin müxtəlif sualları varsa, yerindəcə cavablandırılır.
Mənsurə Məmmədova UAFA-nın uşaq inkişaf mütəxəssisi:Belə şəraitdə ailə və uşaqlar da çox çətin bir dövr keçirirlər. Çünki, ətraf mühit ilə əlaqənin kəsilməsi, izolyasiya şəraiti, “olmaz” kimi qadağaların olması, bu uşaqlar üçün bir qədər mənfi təsir göstərir. Bu uşaqlarda koqnetiv bacarıqlar zəif olduğundan ona görə də uşaqlara bəzi şeyləri oyun şəkilində izah etmək, həyata keçirtmək daha düzgün olardı. Autizm sindiromlu uşaqların əgər o uşaqların sosial bacarıqlara müəyyən dərəcədə sosial sfreada müxtəlif inkişaf gedirsə, mərkəzlərdən bəhrələnirlərsə, bu uşaqlar evdə tək qalmamalıdırlar. Valideynləri ilə böyük nəslin nümayəndələrilə eləcə də ata-ana tərəfindən müxtəlif oyunlara cəlb olunmalıdırlar. Meyvə dominolarıdır, müxtəlif heyvan dominolardır. Bu oyunları məsləhət edirik.
Burda əsas məhsuliyyət valideynin üzərinə düşür. Belə ki, ünsiyyət mübailəsi, eləcə də sosial prosesi zəif olan uşaqların adıçəkilən oyunlardan istifadəsi onların ünsiyyət prosesinə çox müsbət təsir göstərir.
Nərminə Rzayeva loqoped: Onun ilkin səbəbləri onun yaşadığı problemdir. əgər hamilə zamanı qadın hanslsa bir problem yaşayıbsa, nəsə bir xəstəlik keçiribsə, bu ola bilər səbəb. əgər problemli uşaqlardan söhbət gedirsə və yaxud beyin hansısa bir zədəni alıbsa, bu halalrda uşağın nitqinə zərər gətirə bilər. Belə olduqda, əgər yaş yarımında uşaq danışmırsa, mütəxəssisə müraciət etmək lazımdır ki, ilkin səbəbi araşdırılsın. Tövsiyə edərdim ki, uşaqlarda ümumiyyətlə gadjet olmasın. Bəzən valideynlər çox vaxt yemək yedizdirən vaxt uşaqların əlinə telefon verirlər.Uşaq oynasın, biraz rahat olsunlar, azad olsunlar. Yəni bu uşağın nəinki nitqinə, ümumi inkişafına mənfi təsir göstərir.Əgər autizm, hipertaktiv sindromlu uşaqlardırsa, bunlarda daha çox özünə qapanma əmələ gəlir. Patalogiyanı daha da ağırlaşdırır.
Karantin dövründə alınan məlumatların valideynlər tərəfindən həssas qarşılanması uşaqlarda reallığın qorxu kimi özünü göstərməsi mümkündür.
Taciyə Mehdisoy psixoloq: İlk nəzarət etmək insanların özündən, valideynin, uşağın üzərinə nəzarət edən figər şəxslərin özünə nəzarətdən başlayır. Daha sonra isə uşaqlara dügün məlumat verməli, onları yəni qorxmaq əvəzinə ehtiyatlanmağını təmin etməlidirlər. Belə olduqda, uşaqlar bütün problemlərə, məsələlərə aydın fikirlə yanaşır, nə etməli olduğunu ,qaydalara daha çox riayət etməyi valideynlərindən öyrənir və buna çox sərbəst, rahat şəkildə əməl edirlər.”
Ümumiyyətlə, əlillərin sağlam həyata qaytarılması yalnız ailənin, hər hansı dövlət və qeyri-hökumət təşkilatlarının deyil, cəmiyyətin bir fərdi olaraq hər birimizin üzərinə düşən vəzifələrdəndir. Bu problemin həllində geniş ictimaiyyət iştirak etməli, onlara qayğı hər kəsin mənəvi borcuna çevrilməlidir.
- Baxış: 974