Sənət o vaxt dünyanı fəth edir ki, o milli hədlərdən keçir, böyüyür, bütün xalqlara özünü nümunə göstərərək, sevdirir. İndi haqqında danışacağımız və bü gün 75 yaşı tamam olan əməkdar rəssam, heykəltaraş Şərif Şərifovun yaratdıqları ölkə sərhədlərindən kənarda da dəyər qazanıb. Daim yaradıcılıq axtarışında olan, bütün qüvvəsi və bacarığını sevdiyi sənətinə həsr edən Şərif Şərifovun bu gün də əlindən fırça düşmür, əbədiləşən abidələr yaradır.
Şərif Şərifov - Əməkdar rəssam: Yaradıcı adam hər gün təkrarlanma yox, yeni gözlə doğulmalıdır. Yeni müşahidə, yeni nəzər o heyranlığı itirmək olmaz. Dünyaya insan heyranlıqla gəlir. İlahi elə bir dünya yaradıb ki, hansı izə baxırsan görürsən ki, o müqəddəs izdir. Bu müqəddəs sənətdir, bu tək sənət deyil həm də həyat tərzidir.
75 yaşlı rəssam, heykəltaraş Şərif Şərifov heç zaman sevdiyi sənətindən ayrılmayıb. Bu illər ərzində ölkə daxilində və xaricində daş kitabələrlə iz qoymağa çalışıb.
Şərif Şərifov - Əməkdar rəssam: Amerikanın prezident muzeyində mənim əsərim var, İsveçrənin Lozanna şəhərində Olimpiya muzeyində 4 əsərim var, Rusiyanın Qızılfondunda 17 əsərim var, Türkiyadə, Çexoslavakiyada və başqa şəhərlərdə var. Sənət səni özü qəlbinə ağuşuna aparır. Sən onunla yaşamalısan çünki sən onu atsan o səni dünəndən atar.
Xalqın taleyini əl işlərində əks etdirmək çox böyük bir məsuliyyətdir. Şərif Şərifov da yaratdığı əsərlərinə bu kontektdən yanaşdığndan onlarla yaşayıb.
Şərif Şərifov - Əməkdar rəssam: Hər dəfə öz əsərlərimin qarşısında dəfələrlə fırlanıram. Gedirəm səhər anlarını necə yaşayır, axşam necə yaşayır və illər sonra necə yaşayır və təzə gözlə baxıram. Hətta emalatxanamda olan əsərlərlə bir də qayıdıram. Heydər Əliyev mövzusuna bir də qayıdıram. Çünki o böyük şəxsiyyət, böyük azərbaycanlıdır.
Əməkdar rəssam yaratdığı heykəllərdə daim xalqımızın tarixini, falklorunu, ənənələrini, gözəlliklərini vəsf edərək əbədiləşdirib.
Şərif Şərifov: - Əməkdar rəssam: Qəhrəmanlıq mövzusu bizə mütləq lazımdır. Xalqın qəhrəmanlıq ruhunda xüsusəndə gənclərin böyüməsində qəhrəmanlıq mövzuları yaranmalıdır. Buna heç olmasa meydandan keçən adam bu gündə olmasa sabah qəhrəman obrazına birdə baxacaq. Onun gücündən, formadan, rəşadədintən özüdə bəhrələnəcəkdir.
75 yaşlı Əməkdar rəssamın tək bir arzusu var. Azərbaycan heykəltaraşlıq sənəti dünya sənətinə nüfuz edərək tanınsın, öz dəsti xətti ilə iz qoysun.
Elnur Vahidoğlu
- Baxış: 463