KepezTV Player
Dövlət qulluğuna qəbul üçün bütün imtahanların sosial məsafənin gözlənilməsi, sanitar-gigiyenik tələblərə əməl edilməsi şərtilə kompüter vasitəsilə keçirilməsi nəzərdə tutulur. Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov deyib. Dövlət qulluğuna qəbul test və müsahibədən ibarət olmaqla, iki mərhələli şəkildə keçirilir. DİM tərəfindən müsahibələrin onlayn qaydada keçirilməsi ilə bağlı proqram təminatı hazırlanıb. İnternetə çıxış imkanı olmayan namizədlər üçün şərait yaradılacaq ki, onlar imtahan mərkəzində xüsusi otaqda oturaraq müsahibədən keçsinlər.
- Baxış: 304