• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1439
— 12.06.2020 12:04

Keçmiş arvadını barışmaq adı ilə gətirib yandırdı

KepezTV Player

Bir neçə gün əvvəl Kürdəmirdə qadının ağır yanıq xəsarəti alması barədə xəbər vermişdik. Olayın bədbəxt hadisə deyil, ailə münaqişəsi zəminində törədilən cinayət olduğu ortaya çıxıb. Təfərrüatları barədə videomaterialımız var. İzləyək...

Belə ki, Hüseynov guya barışmaq məqsədilə Bakı şəhərində valideynləri ilə kirayədə yaşayan keçmiş həyat yoldaşı Şura Əmirovanı rayona dəvət edib. Bundan sonra isə əvvəlcədən ona məxsus troktorda saxladığı benzini qadının üzərinə tökərək yandırıb. İzi itirmək üçün Əmirovanı başqa bir avtomobillə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparıb. Nurlan Hüseynov hadisə yerinə gələn çəkiliş qrupumuza yanlış məlumat verərək guya qadının hamamın ocağını yandırarkən səhvən dizel əvəzinə benzin tökdüyünü, nəticədə güclü alovun onu yandırdığını deyib. İzi itirmək üçün isə özünə də yüngül yanıq xəsarəti yetirib. Ağır yanıq xəsarəti alan Şura Əmirova vəziyyəti ağır olduğundan Bakıda yerləşən ixtisaslaşmış xəstəxalardan birinə göndərilib. Qadın müalicədən sonra özünə gəlib və yaxınlarına onu keçmiş əri Nurlan Hüseynovun qəsdən yandırdığını deyib. Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hüseynov şübhəli şəxs qismində saxlanılıb. İlkin dindirmə zamanı əməlini etiraf edib.

Cütlüyün bu nikahdan 2 azyaşlı uşağı var. Hazırda Nurlan Hüseynov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə iş açılıb, araşdırmalar davam etdirilir.