• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2179
— 10.06.2020 16:03

Maşın hasara çırpıldı, 3 nəfər xəsarət aldı

KepezTV Player

Samuxda isə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Qarabağlar kəndində hərəkətdə olan "Mercedes" markalı minik maşını idarəetmənin itirilməsi nəticəsində yol kənarındakı hasara, daha sonra qaz borusuna çırpılıb. Qəza zamanı 3 nəfər xəsarət alıb. Onlardan birinə ambulator yardım göstərilib, iki nəfər isə xəstəxanaya yerləşdirilib. Qəzaya ilkin səbəb kimi minik maşınının qabağına it çıxması göstərilir.