• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1609
— 09.06.2020 20:09

Müəllimlərin sertifikasiya prosesində iştirakı məcburidir

KepezTV Player

Müəllimlərin sertifikasiya prosesində iştirakı məcburidir, bu proses bütün müəllimlərə şamil olunur. Bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.Onun sözlərinə görə, dövlət ümumtəhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan müəllimlərin sertifikatlaşdırılması iki mərhələdə aparılacaq. Birinci mərhələdə müəllimlər test imtahanı verəcəklər. Bu mərhələdə 60 suala cavab verərək 60 bal toplayacaqlar. İmtahanın ikinci mərhələsi - müsahibədə isə 40 bal toplaya biləcəklər.Nazirlik rəsmisi əlavə edib ki, sertifikatlaşdırmadan keçən şəxslər 5 il müddətində ümumtəhsil müəssisəsində fəaliyyət göstərmək imkanı qazanacaqlar.Bu prosesə payız aylarından başlanacaq.