"Vətəndaşlardan xahiş edirik ki, gələcəkdə həftəsonu bu tipli karantin sərtləşdirilmələri olarsa, 103 xidmətinə olan xırda çağırışların çox olmaması üçün dərmanların alınması və s. kimi məsələləri əvvəlcədən həll etsinlər". TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı belə deyib. Vurğulayıb ki, həftə sonunda 103 xidmətinə olan çağırışların sayı artdığı üçün ünvanlara çatmada çox az ləngimələr olub. Gecikmələrin səbəbini açıqlayan TƏBİB sədrinin sözlərinə götrə, təcili yardım xidmətinin işçiləri gündəlik olaraq ünvanlara gedir, COVİD-19-la bağlı müayinələr aparır və nümunələr götürür. "Müayinələrin cavabı bəlli olduqdan sonra isə pozitiv çıxan xəstələr xüsusi rejimli xəstəxanalara təxliyə edilirlər. Təcili yardım xidmətinin digər briqadaları isə başqa xəstəliklər üzrə çağırışlara gedirlər.
- Baxış: 550