Dərsliklər nə vaxt qaytarılmalıdır?
Azərbaycanda fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi tədris ilinin sonunadək dayandırılıb. Baş Nazir Əli Əsədov bu barədə sərəncam imzalayıb. Təhsil Nazirliyinin şöbə müdirinin müavini, sektor müdiri Orxan Abbasovun sözlərinə görə, illik qiymətlərindən narazı qalan şagirdlərin yenidən qiymətləndirilməsi 20-29 avqustda olacaq. Mövcud şəraitə görə yeni müvəqqəti qərar qəbul olunub. I sinif şagirdlərinin qiymətləndirilmə prosesi olmur. Digər siniflərin şagirdlərinin I yarımildə aldığı qiymət onun illik qiyməti hesab olunur. Qiymətlərindən narazı qalnlar yenidən qiymətləndirmə üçün müraciət edə bilərlər. **Dərsliklərin qaytarılması məsələsinə gəlincə, ilk növbədə buraxılış siniflərinin dərsliklərinin təhvil alınması prosesi həyata keçirilməlidir. 1-5-ci sinif şagirdlərinin dərslikləri 1-15 sentyabr tarixlərində məktəblərə geri qaytarılmalıdır. Digər siniflərdə isə dərsliklərin qaytarılması 1-15 iyun tarixlərində həyata keçirilməlidir.
- Baxış: 399