Dövlət İmtahan Mərkəzi tərəfindən həftə sonu imtahan verəcək 9-cu sinif şagirdləri məlum olduğu kimi yaşadıqları şəhər və rayonlarda sınağa çəkiləcək. İyunun 6-da Göygöl, Goranboy və Daşkəsən, ayın 7-də isə Mingəçevir, Naftalan şəhərləri və Samux rayonunda buraxılış imtahanı baş tutacaq. İmtahanla bağlı digər hansı yeniliklərin olacağını isə qarşıdakı sujetdən öyrənə biləcəyik.
Şənbə günü imtahan verəcək 9-cular, eləcə də rus bölməsinin 11-ciləri Azərbaycan dilindən imtahan verəcək. Ötən il ümumi təhsili başa vurub kolleclərə sənəd verən məzunlar da Göygöl, Goranboy və Daşkəsəndə biliklərini yoxlayacaq. 13 binada keçiriləcək və 2582 şagirdin iştirak edəcəyi imtahan üçün 202 otaq ayrılıb. 31 imtahan rəhbəri və 250-dən artıq zal nəzarətçisi imtahanları izləyəcək. Bazar günü Mingəçevir, Naftalan şəhərləri və Samux rayonunda keçiriləcək imtahanlar da isə 2264 şagird 12 binada imtahan verəcək.
Nəsimi Məmmədov DİM-nin Gəncə Regional Bölməsinin müdiri: Buraxılış vərəqəsi DİM tərəfindən DİM-nin rəsmi internet saytında yerləşdirilib. Hər bir şagird şəxsi istifadəçi parolu ilə daxil olub özünə buraxılış vərəqəsi götürüb əldə edə bilər. Buraxılış vərəqəsindən əlavə olaraq TƏBİB-in qərarına əsasən həmin şagirdlər üçün bəyannamə çıxarılır. Həmin bəyannamənin şagirdlər oxuyub qol çəkirlər. Onlar buraxılış vərəqəsi, şəxsiyyət vəsiqəsi eləcə də həmin bəyannaməni mütləq gətirməlidirlər. Mobil telefon və digər başqa əşyaların gətirilməsi qəti qadağandır. Şagirdlər tibbi maskadan istifadə etməlidir. Tibbi maska ilə gəlmiyən şagirdlər imtahana buraxılmayacaqlar.
İmtahanlar saat 11-də başlanılayacaq, şagirdlərin imtahandan 30 dəqiqə qabaq binanın qarşısında olmalıdırlar.
Hər bir binanın qarşısında bu cür xətlər çəkilib. Sosial izalyasiya qaydalarına uyğun olaraq bu xətlərin ara məsafəsi 2 metrdi. İmtahanlarda iştirak edəcək şagirdlərin bu qaydalara əməl etməsi isə vacibdir.
Rəşad Zülfüqarov Göygöl şəhər 1 saylı tam orta məkətəbin direktoru: Bizim məktəbdə buraxılış imtahan mərkəzi kimi salınıb. Bununla bağlı Dövlət İmtahan Mərkəzi tərəfindən verilən bütün tədbirlər görülüb. Bizim məktəbə 250 şagird üçün 16 sinif otağı salınıb. Bunların arasında ara məsafəsi 2 m olmaqla bütün partalar düzülüb. Bir dəfə özümüz tərəfindən binada dizinfeksiya işləri görülüb. İmtahandan 2 gün əvvəl bina Dövlət İmtahan Mərkəzi tərəfindən tamami ilə dizinfeksiya olunaraq möhürlənib təhvil veriəcək, binalar ayın 6 da şagirdlərin üzünə açılacaq.
İmtahanlarda iştirak edəcək şagirdlərin sosial izolyasiya qaydlarına riayət etmələri də vacibdir. Əgər bu qaydalara əməl edilməzsə onların nəticələri də sayılmayacaq.
Nəsimi Məmmədov DİM-nin Gəncə Regional Bölməsinin müdiri: Artıq bir neçə nəzarətçi müəllimimizdə həmin infeksion xəstəliklər aşkar olunub və onlar imtahana buraxılmayacaqdı. Şagirdlər və valideynlərin özləri bilirlər ki, artıq onların ailələrində bu infeksiya var və imtahanda iştirak etmiyəcəklər. Bu artıq ictimayyətə qarşı böyük bir məsuliyyətdir. Çünki onların imatahan nəticələri ləğv olunacaqdı. Ortaümumtəhsil məktəbini bitirənlər və ali təhsil müəsisəsinə qəbul olmayanlar təbii ki, onlar hərbi xidmətə cəlb olunmalıdır. Hansı ki, infeksiya keçirmiş ailələrində infeksiya olunmuş hərbi xidmətə çağırışçılar var bunların qərarını TƏBİB verə bilər.
Dövlət İmtahan Mərkəzi Gəncə regional bölməsi Gəncə ilə yanaşı Mingəçevir, Goranboy, Naftalan, Samux, Daşkəsən, Xocalı və Kəlbəcər rayonunu əhatə edir.
- Baxış: 789