• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1330
— 02.06.2020 15:53

Tibbi maska taxmayanlar hədəfdə

KepezTV Player

Gəncədə növbəti maarifləndirici reyd təşkil edilib. Polis ictimai nəqliyyatda və şəhərin küçələrində tibbi maska taxmayan vətəndaşları hədəf seçib.

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən reallaşdırılan reydə əvvəlkilərdən fərqli xanım polis əməkdaşları da cəlb edilib. Əsasən ara məsasəfəsinin daha az qorunduğu avtobuslarda maska taxmayan sakinlər sağlamlığın qorumasının vacibliyi barədə məlumatlandırılıb, asayiş keşikçiləri tərəfindən belə vətəndaşlara tibbi maska təqdim edilib. Koronavirusa yoluxma sayının artması maskadan istifadə edənlərin sayını artırsa da mənə heç nə olmaz deyib keçənlər də qalmaqdadır.

Polis əməkdaşları piyadalara da tibi maska paylayıb. Ara məsafəsinin gözlənilməsi ilə yanaşı əhaliyə infeksiyaya yoluxmamaq üçün tibbi ləvazimatlardan istifadə etməyin vacibliyi xatırladılıb.

Həmçinin ictimai yerlərdə, bankların qarşısında izolyasına tədbirlərinə uyğun şəkildə vətəndaşların sosial məsafə saxlamaları da diqqətdən yayınmayıb.

Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər təsdiqlənib. Karantin rejimi dövründə tibbi maskadan istifadə edilmədiyinə görə fiziki şəxslər 50, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək. Bu hal təkrarlanarsa cərimələr müvafiq olaraq 100, 200 və 400 manat olacaq.