• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1507
— 02.06.2020 12:32

Avtomobil aşıb, sürücü ölüb

KepezTV Player

Masallı rayonunun Qəriblər kəndi ərazisində Yardımlı rayon sakini Müşfiq Kərimovun idarə etdiyi “Niva” markalı avtomobil yoldan çıxaraq suötürücü kanala aşıb. 32 yaşlı sürücü boğularaq ölüb. Cəsəd Fövqəlada Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Qəza zamanı xəsarət alan sərnişin  24 yaşlı Taleh Kərimli isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb, tibbi yardımdan sonra evə buraxılıb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.