• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 710
— 01.06.2020 11:40

Minik maşını yandı

KepezTV Player

Ucarın Şahlıq kəndində 30 yaşlı Cəlal Səlimova məxsus OPEL markalı minik maşını hərəkətdə olarkən anidən alovlanıb. Dərhal əraziyə FHN-nin Ucar rayon Dövlət Yanğından Mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində alov ram edilib. Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.