• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2198
— 01.06.2020 11:33

Maşın aşdı, 4 nəfər yaralandı

KepezTV Player

Ağstafa rayonunun Poylu kəndində "VAZ 2106" markalı avtomobil idarəetmədən çıxaraq körpüdən aşıb. Yenigün kənd sakini, 39 yaşlı Vidadi İbrahimov və Qaçaq Kərəm kənd sakini, 41 yaşlı Həsən Abdullayev müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Avtomobildə olan daha 2 nəfər isə yüngül xəsarət alıb. Onlara ambulator yardım göstərilib. Xəsarət alanların vəziyyəti kafi qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.