• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 692
— 31.05.2020 16:26

40 ədəd kombayn taxıl biçininə hazırdır

KepezTV Player

Bu il Samux rayonunda taxıl sahələrindən bol məhsul gözlənilir. Biçini optimal müddətdə və itkisiz başa çatdırmaq üçün kombayn və köməkçi texnikalara baxış keçirilir. Eləcə də fermerlər arasında bölgü aparılır.

Namiq Yusibov - fermer: Keçən il 2 ha taxıl əkmişdim, hektardan 3,5 ton məhsul götürdüm. Bu il 5 ha əkdim, ötən ilkindən də çox məhsulumuz var. Bu gün isə gəlmişəm ki, kombaynçı ilə müqavilə bağlayım taxılımı biçdirim.

Samux rayonunda 2200 torpaq mülkiyyətçisi 10 min hektar sahədə taxıl əkib ki, bunun da 4 min ha arpa, 6 mini isə buğdadır. Əkilən taxıl sahələri indiyə kimi bir neçə  dəfə suvarılıb. Bununla paralel ziyanvericilərə qarşı kimyəvi mübarizə aparılıb, torpağa üzvü və mineral gübrələr verilib. Görülən tədbirlər bol məhsulun əldə edilməsinə zəmin yaradır.

Ötən il Samux rayonunda fermerlər hektardan 35 setner məhsul məhsul götürüb. Bu il isə havanın yağmurlu keçməsi Samuxda sahələrdən bol məhsul götürməyə imkan yaradacaq. Fermerlər bu il sahələrdən təxminən 40 sentner məhsul götürməyi planlaşdırır.

Taxıl biçininə 40 ədəd kombayn cəlb edilib ki, onılardan da 23-ü artıq kəndlər üzrə paylanıb. Biçin prosesində problem yaşanmaması üçün fermerlər tərəfindən ötən il 17 və  bu il isə daha 1 ədəd kombayn lizinq yolu ilə alınıb. Həmçinin taxılın sahələrdən daşınması üçün 50 ədəd özü boşaldan avtomobil də biçinə cəlb olunacaq.

Müzəddin Yusifov - kombaynçı: Kənd camaatının taxılını vaxtlıvaxtında bıçıb təhvil vermək üçün Klass markalı kombayını almışam. Remenlərinə, sürət qütusuna baxmışam, bıçaqlarına baxırıq. Tam hazır vəziyyətdədir. Bunker 2,5 ton buğdanı 2 ton isə arpanı götürür. Maşınlar da var, vaxtında yerinə çatdırır. İndiyə kimi heç bir problem yaranmayıb, indən sonra da yaranmaz.

Rayonda taxıl biçinində iştirak edəcək kombayn, maşın və mexanizmlərin ahəngdar işləməsini təmin etmək məqsədilə zəruri ehtiyat hissələri də var. Zəmilərdə yanğın təhlükəsizliyi qaydalarına riayət olunması ilə bağlı kombaynçılar arasında da fərdi maarifləndirmə tədbirləri aparılır, biçin vaxtı problem yaşanmaması üçün onlar təlimatlandırılır, texnikaların təmir işlərinin necə aparılması izah edilir.

Rais Nəsibov - Samux Rayon Texniki Nəzarətin Təşkili şöbəsinin baş məsləhətçisi: Ötən il taxıl biçini heç bir gecikmə olmadan vaxtında aparıldı. Çünki əvvəlcədədn təmir aparılmışdı. Bu il də onu həmin vəziyyətdə alınması üçün vaxtında təmirə başlamışıq. Kombayının işi zamanı kənar şəxslərin kombayına yaxın getməməsi, kənarda durması, yanğın avadanlıqlarına  nəzarət edilməsi,  kombayının sahələrə getməmişdən əvvəl təmizləməyi tövsiyyə olunur ki, heç bir yanğın hadisəsi baş verməsin.

Samuxda taxıl biçininə iyunun ortalarından başlanılacaq. Ötən il fermerlər 9622 ha-dan 32 min tondan çox məhsul götürüblər.

 

Elnur Vahidoğlu