• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1106
— 31.05.2020 16:18

Milli Məclis maska taxmamağa görə cərimələri təsdiq etdi

KepezTV Player

Milli Məclisin bu gün keçirilən plenar iclasında koronavirus pandemiyası dövründə maska taxmamağa görə cərimələri müəyyən edib. Bununla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik parlamentdə müzakirəyə çıxarılıb. Dəyişikliyə əsasən, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə maskalardan istifadə ilə bağlı tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə - fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə edilir. Dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.