KepezTV Player
Bu gün Milli Məclisin plenar iclasında Azərbaycanla Türkiyə arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında sazişin təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. Sazişə əsasən, Azərbaycana 90 günədək müddətə səfər etmək istəyən Türkiyənin etibarlı ümumvətəndaş pasportuna malik vətəndaşları üçün viza tələbi ləğv edilir. Hazırkı qanunvericilikdə isə bu müddət 30 gündür. Layihə səsverməyə çıxarılaraq qəbul edilib.
- Baxış: 163