KepezTV Player
Şəkidə maraqlı hadisə yaşanıb. Gecə saat 4 radələrində Şəki şəhərinin mərkəzində qonur ayının hərəkəti müşahidə olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, artıq mütəxəssis heyəti müvafiq keyidici ləvazimatlarla Bakıdan Şəkiyə ezam olunub. Ayı Altıağac milli parkındakı Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə aparılacaq. Əhalinin nəzərinə çatdırılıb ki, təmkinli olsunlar və heyvanı hürkütməsinlər. Qonur ayı Azərbaycan faunasının nəsli kəsilmək təhlükəsi olan növlərindəndir: "Bütün tədbirləri görməliyik ki, insanlar üçün təhlükə yaranmasın, eyni zamanda qonur ayıya da zərər dəyməsin - deyə nazirlikdən bildirilib.
- Baxış: 966