• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 711
— 30.05.2020 12:00

Sumqayıtda iki yük maşını toqquşub, ölənlər var

Sumqayıt şəhərində “DAF” və “КamAZ" markalı iki yük avtomobili toqquşub.Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri “DAF” markalı yük avtomobilində sıxılı vəziyyətdə qalan sürücü 69 yaşlı Sayılov Ağarza Çapı oğlunun və “КamAZ"-da sıxılı vəziyyətdə qalan sürücü 25 yaşlı Aslanov Asəf  Ədalət oğlunun meyitlərini deformasiyaya uğrayan nəqliyyat vasitələrindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Faktla bağlı araşdırma aparılır.