• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2125
— 29.05.2020 11:58

Qazaxda top mərmisi aşkar olunub

KepezTV Player

Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Qazax şəhəri, Ə.Şıxlınski küçəsi, ev 5 ünvanının yaxınlığında mərminin tapılması barədə məlumat daxil olub. Agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Qazax rayon Polis Şöbəsinin və Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Qazax Regional Məntəqəsinin əməkdaşları dərhal həmin əraziyə göndəriliblər. Əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd tərkibində partlayıcı maddə olmayan 76 mm-lik top mərmisi (O-350) aşkar olunub, götürülərək ANAMA-nın mərkəzi məhvetmə ərazisinə daşınıb.