Son zamanlar Qazaxda arıçılığa maraq sürətlə artıb. Arıçılar üçün əlıverişli şəraitin yaradılması və satışla bağlı müəyyən çətinliklərin aardan qaldırılması bunu şərtləndirən əsas səbəblərdəndir. İlbəil məhsuldarlıq artdığından satış imkanları da genişlənir.
Hal-hazırda akasiya mövsümüdür. Akasiyada bizim Qazax rayonunda var. Baxıram ki, burada akasiyadan bal gətiirb. Bu görünənlər aksiyanın balıdır. Burada hamısı görünür.
Arıçılar və arı ailələri üçün yaz mövsümü ən məhsuldar vaxtdır. Bu mövsümdə arılar nəinki akasiya ağacından, eyni zamanda digər çiçəklərdən də şirə çəkirlər. Təsərrüfatında 200-ə yaxın arı ailəsi olan təcrübəli arıçı Behbud Musayevin sözlərinə görə, ötən il hər arı ailəsindən 25 kq bal götürüb. İndi arı ailələrini dağa aparmağa hazırlaşan arıçı mövsümün sonunadək onları orada saxlayacaq. Geri dönəndə isə bol məhsulla qayıdacaq.
Behbud Musayev arıçı:Yəni bizim balımız təmiz baldır. Dağ balı olduğu üçün gəlib bizim qapımızdan alırlar. Hardasa kiloqramını veririk 25 manata.
Dövlətin subsidiyasından yararlanan arıçılar əldə etdikləri vəsaiti təsərüüfatlarının inkişafına yönəldirlər. Arıçılar arı pətəyini də özləri hazırlayırlar. Bunun üçün dəzgah da alıbalar. Həmin dəzgah vasitəsi ilə istənilən formada yeşik hazırlamaq mümkündür.
Mirzə Hüseynov arıçı:Arının yeşiyi və ramkasının hamısını özüm düzəldirəm. Bu yeşiklər növbə-növdür. Bu yeşik həm arı tozu yığmaq üçündür, həm də bal yığmaq üçündür. Bunun iki üçuş bazası var.
Arıçılar nəinki baldan, həm də arı yeşiyi düzəltməklə də gəlir əldə edirlər. Bu da onalrın ailə büdcəsi üçün əlavə gəlir deməkdir. Qazax rayonunda 7041 arı ailəsi var ki, onlara da 650 arıçı qulluq göstərir.
- Baxış: 478