• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2028
— 27.05.2020 12:03

Çuğundur bitkisinin sınaq əkini aparılıb

KepezTV Player

Bəzi bölgələrdə zılx, pazı adı ilə tanınan çuğundurun ölkəmizdə dörd növü becərilir. Onun yarpaqları heyvandarlıqda qiymətli yem kimi istifadə olunur. Kökləri açıq ocağın üstündə bişirilərək yeyilir. Alimlər tərəfindən faydalı bitki növü sayılan çuğundurun sınaq əkini aparılıb.

əkər çuğundurunun aqrobiologiyasını öyrənmək, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirlərini müəyyən etmək. Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun təcrübə sahəsində aparılan sınaq əkininin əsas məqsədi budur.

Kazım Hüseynov - BMTBETİ-nin Entomologiya şöbəsinin müdiri: Təcrübə sahəsi 2 ha ərazini əhatə edir. Biz burda şəkər çuğundurunun becərilmə aqrotexnologiyasını öyrənir və zərərli orqanizmlərdən mühafizə sisteminin işlənib hazırlanmasını həyata keçiririk. Ərazidə əkilən sort, qafqaz sortudur. Azərbaycanda geniş yayılmış sortlardan biridir. Kifayət qədər məhsuldar sortdur. Ona görə də, biz bu sortun becərilmə aqrotexnologiyasını müasir tələblərə cavab verən sistemini işləyib, hazırlayıb fermerlərə tövsiyələr veririk.

Çuğundur sahələrinə vaxtında və düzgün aqrotexniki qulluq edilərsə hektardan 60-80 ton arası məhsul götürmək mümkündür. Ancaq bu bitki həşəratların bir çox növü tərəfindən zədələnir ki, bu da çoxlu miqdarda məhsul itkisinə, bəzən də sahədə bitkilərin kütləvi məhvinə səbəb olur.

Afaq Həsənova - tədqiqatçı: Bu bitkinin ən qorxulu zərərvericilərindən biri çuğundur mənənəsidir. Çuğundur mənənəsi yumurta halında torpaqda qışlayır. Yazın əvvəllərində sürfələr bitkinin yarpağının şirəsini sormaqla qidalanır. Beləliklə bitkidə fotosintez prosesi pozulur və bitkinin yarpaqlarında qıvrılma əmələ gəlir. Bu zərəvericinin ziyanı artıq olarsa, bitkinin əmtəəlik səviyyəsi aşağı düşür.

Xəstəlik və zərərvericilərə qarşı vaxtında və keyfiyyətli aparılan mübarizə tədbirləri məhsul itkisini 20-30 faiz və daha çox azaldır. Mübarizə tədbirləri içərisində imkan daxilində aqrobioloji və bioloji metodlara maksimum yer vermək, kimyəvi mübarizənin tətbiqini minimuma endirmək lazımdır ki, xeyirli həşəratlar qorunsun, pestisidlərin ətraf mühitə təsiri isə azalsın.

Afaq Həsənova - tədqiqatçı: Şəkər çuğunduru əkilən zaman toxumlar mütləq dərmanlanmalıdır. Alaq otları sahədən kənarlaşdırılmalıdır. Cərgə araları təmizlənməlidir. Bitki seyrəltməsi aparılmalıdır. Bu kimi tədbirlər vaxtında və düzgün formada həyata keçirilərsə, bitki xəstəlik və zərərvericilərə daha davamlı olur.

Şəkər çuğundurunun əkini üçün hər hektara 100 min ədədə yaxın toxum basdırılır. Suvarılma işlərinə isə may-iyun ayından başlanılır. Bu proses məhsul yığımına kimi davam edir. Məhsulun yığım dövrü sentyabr-oktyabr aylarına təsadüf edir.

Çuğundurun bеcərilməsinin böyük хаlq təsərrüfаtı əhəmiyyəti vаrdır. Оnun əsаs əhəmiyyəti оndаn ibаrətdir ki, çuğundurdаn yеyinti sənаyеsində, tехniki məqsədlə və yеm kimi istifаdə оlunur. Təsərrüfаt münаsibətlərində çuğunduru mətbəх, şəkər və yеm kimi аdlаndırırlаr.

 

Valeh Anaroğlu