• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 733
— 27.05.2020 12:08

Karantin cərimələrini ödəməyənlərin əmlakına həbs qoyula bilər

KepezTV Player

Azərbaycanda karantin qaydalarını pozduğu üçün barəsində protokol tərtib edilən şəxslərə cərimənin məcburi ödətdirilməsi prosesinə başlanılıb. Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin sözlərinə görə, cərimə məbləğini ödəməyən şəxslərin əmlakı və mülkiyyətinin üzərinə həbs qoyula bilər: “Qanunvericiliklə inzibati cərimənin ödənilməsi üçün verilən bir aylıq müddət bitdiyi halda həmin cərimə ödənilməsə toplanmış müvafiq materiallar məcburi icraata göndərilir. Daha sonra da məcburi icraatda həmin şəxsin əmlakının və mülkiyyətinin üzərinə məhkəmə qərarı ilə həbs qoyula, digər gəlirlərinə yönədilə bilər ki, cərimə məbləği oradan tutulsun”, - deyən Kamran Əliyev vurğulayıb ki, ölkədə xüsusi karantin rejiminin tətbiq edildiyi vaxtdan indiyədək respublikanın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə ümumilikdə 56 min hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.