• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1133
— 26.05.2020 20:27

Daşkəsəndə ev külə döndü

KepezTV Player

Daşkəsən rayonunda güclü yanğın zamanı ev tamami ilə yanıb. Hadisə ötən gün gecə saat 12 radələrində rayonun Gurbulaq kəndində qeydə alınıb. Kəpəz TV-nin qaynar xəttinə göndərilən videoda kənd sakini 57 yaşlı Ağəli Hüseynova məxsus fərdi evdə güclü yanğının baş verdiyi öz əksini tapır. Ümumi sahəsi 225 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları tamami ilə külə dönüb. Həmçinin evə bitişik ümumi sahəsi 120 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 70 m² sahədə də yanıb. Hadisə yerinə Daşkəsən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb edilib və yanğın söndürülüb. Yanğın zamanı ev sahibi və ailə üzvləri evdə olsalar da xoşbəxtlikdən xəsarət alan olmayıb. Hadisənin başvermə səbəbləri araşdırılır.