• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1555
— 25.05.2020 19:16

Gəncədə gigiyenik qaydalara əməl edilməyən restoran aşkarlanıb

KepezTV Player

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Gəncə şəhərində fəaliyyət göstərən əməkdaşları reyd keçiriblər. Şah İsmayıl Xətai prospektində yerləşən “Söyüdlük” restoranına baxış zamanı personalın əlcək və maskalardan istifadə etmədiyi, sanitar-epidemioloji vəziyyətə nəzarət edilmədiyi ortaya çıxıb.

Bürcü Cabbarov - AQTA-nın Gəncə Regional Bölməsinin rəisi: Sanitar qaydalara əməl olunmur, şəxsi gigiyena qaydaları gözlənilmir.Ümumilikdə restoranın fəaliyyəti qeyri-qənaətbəxşdir.Qaydalara əməl olunmadan fəaliyyət göstərir.Qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada bütün tədbirlər görüləcək və ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılacaq. 

Agentliyin Regional bölməsi tərəfindən yoxlamalar Gəncə və xidməti əraziyə daxil olan ətraf şəhər və rayonları əhatə edəcək. Əsas məqsəd sağlam qida zəncirinə nəzarət olunmasıdır.