• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 759
— 25.05.2020 12:03

Ağdaş sakininin üzərində və yaşadığı evdə narkotik aşkarlanıb

KepezTV Player

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri keçiriblər. Ağdaş şəhər sakini, əvvəllər məhkum olunmuş 34 yaşlı Fəqan Nəbiyev saxlanılıb. Şəxsi axtarış zamanı Nəbiyevdən kiçik ölçülü kağız və sellofan bükümlərdə tiryək, metamfetamin və metadon həbləri aşkar edilib. Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış keçirilib. Oradan da narkotik vasitələr və psixotrop maddələr, həmçinin həyətyanı sahədə kultivasiya yolu ilə yetişdirilən 28 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar olunaraq maddi sübut kimi götürülüb. Faktla bağlı Ağdaş RPŞ-də araşdırma aparılır.