• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1747
— 24.05.2020 19:17

Bu əlamətlər sizdə də varsa...

KepezTV Player

Yorğunluq tez-tez yaşadığımız problemdir. Mütəxəssislər deyirlər ki, onun yaranmasının bir çox səbəbi var. Bəzən bu, fəsillərlə əlaqəli ola bilər. "Yorğunluq-mövsüm münasibətləri"ndən danışacağıq. Dəyişkən havalarda bu problemlə necə mübarizə aparmalı? Əməkdaşımız Fidan Muradlı bu suala cavab axtarıb.

Bəli, havaların dəyişkən keçməsi bir çox insanlarda halsızlıq, yorğunluq, gərginlik, diqqətsizlik və yuxu pozuntusu kimi problemlər ortaya çıxır. Bu problemlər bizi gün ərzində passiv olmağa vadar edir və təbii ki, uğur qazanmağımıza mane olur. Bəs bu halda nə etməliyik.

Bəs görəsən, mövsümi yorğunluğa qalib gəlmək üçün nə etməli? Tibb işçiləri deyirlər ki, burda ən vacib məqam qidalanmanı qaydasına salmaqdır.

Bəli,əslində ilin istənilən mövsümündə özümüzə qarşı, sağlamlığımıza qarşı diqqətli olmalıyıq. Amma yazda bu xüsusilə vacibdir. Axı yaz təbiətin oyanışı, hər yerin gül-çiçəkli olduğu bir dövrdür. Belə bir vaxtda bu gözəllikdən həzz ala bilmək üçün sağlam və güclü olmaq lazımdır.