• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1243
— 22.05.2020 15:53

Qanunsuz balıq ovçusu saxlanılıb

KepezTV Player

Su Nəqliyyatında Polis İdarəsinin Şəmkir Xətt Polis Məntəqəsi əməkdaşları 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi ilə birlikdə Kürütökmə aylığı çərçivəsində ekoloji cinayətlərə qarşı mübarizə məqsədilə əməliyyat tədbiri keçiriblər. Şəmkir rayon Qaracaəmirli kənd sakini Elşən Əhmədov Yenikənd su anbarının Səməd Vurğun kəndi istiqamətində qanunsuz balıq ovu ilə məşğul olduğu zaman saxlanılıb. Ondan 1 ədəd rezin qayıq, 1 ədəd hava üfürən, 2 ədəd avar, 1 ədəd rezin kombinezon, hər birinin uzunluğu 100 metr, eni 6 metr 2 ədəd tor və 19 ədəd şamayı balığı aşkar edilərək maddi sübut kimi götürülüb. Əhmədov həmin balıqları Yenikənd su anbarından yanında aşkar edilən sintetik tor, qurğu və vasitələrlə qanunsuz olaraq ovladığını etiraf edib.