“Koronavirusa qarşı vaksinlə bağlı 100-dən çox iş görülür. 8 vaksin insanlar üzərində yoxlanılmağa başlayıb”. Bunu “REACT-C19” layihəsinin ilkin nəticələrinə dair keçirilən mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib. “Ümidvarıq ki, bunlardan bir-ikisi bu ilin axırına qədər istifadə edilə biləcək hala gələcək. "Azərbaycanda karantin rejimi yumşaldılır, amma o demək deyil ki, virus yoxdur. Hamı əl gigiyena, respirator gigiyena və fiziki məsafəyə əməl etməlidir ki, peyvəndə qədər özümüzü qoruyaq" deyən Harmancı heyətin Bakı, Gəncə, Ağdaş, Goranboy və Şəmkirdəki xəstəxanalarda olduğunu, fəaliyyət planı hazırlanaraq tövsiyələr verdiyini diqqətə çatdırıb. 400-dən çox tibb işçisi təlimlərdə iştirak edib. Bundan sonra da onlayn platformalar üzərindən konsultasiyalar davam edəcək.
- Baxış: 251