Taxılçılıq Tovuz rayonunun kənd təsərrüfatı sahəsində ilk sırada durur. Digər regionlarda olduğu kimi qərb bölgəsində də fermərlərin ən çox əkdiyi bitki məhz buğda və arpadı. Taxılçılıqda hər il bir sıra xəstəliklərlə bağlı problemlər üzə çıxsa da, 2020-ci ildə görülən qabaqlayıcı tədbirlər məhsuldarlığın aşağı düşməsinin qarşısını alacaq.
Bu il Tovuz rayonunda 17381 hektar ərazidə taxıl əkilib. Becərilən sahələrin 12753hektarı buğda, 4528 hektarı isə arpadır. Cari il rayonda Dövlət Aqrar İnkişaf Mərkəzi tərəfindən taxıl əkilən sahələrə daimi olaraq nəzarət aparılıb, aqrotexniki tələblərin yerinə yetirilməsi, xəstəliklər və ziyanvericilərlə mübarizə yönündə lazımi işlər görülüb.
Qabaqlayıcı tədbirlərlə yanaşı, aprel-may aylarında havanın yağmurlu keçməsi məhsuldarlığa müsbət təsir edəcək. Bunu fermerlər də təsdiqləyir. Onlar əkdikləri dənlik bitkilərin ötən ilə nisbətən daha çox olacağını əsasən hava şəraitinə bağlayırlar.
Tovuzda bu il məhsuldarlığın bol olacağını gözləyən fermerlər qısa zamanda biçinə başlayacaqlar. İlk olaraq aran rayonlarından start götürəcək işlər daha sonra qərb bölgəsində aparılacaq.
- Baxış: 321