KepezTV Player
Türkiyə pandemiyanın az rast gəlindiyi 31 ölkə üçün səhiyyə turizminə start verib. Səhiyyə naziri Fahreddin Koca bildirib ki, səhiyyə turizmi ilə əlaqədar hazırda müraciətlər nəzərdən keçirilir, zərurət yarandıqda xaricdən gələn xəstələr üçün çarter reysləri təşkil olunacaq. Nazir Elm Qurumunun qərarı ilə mobil telefonlar vasitəsilə “Həyat evə sığar” kodunun alınma qaydalarından danışaraq bildirib ki, bu yeni texnologiyanı tətbiq etmək xəstəliklə mübarizədə önəmlidir. Belə ki mobil telefonlar vasitəsilə alınacaq kod ilə səyahət etmək mümkün olacaq. Kod öncə şəhərlərarası səyahətlərdə tətbiq ediləcək. Yeni texnologiyanın xaricdən gələn turstlərə də tətbiqi müzakirə olunur.
- Baxış: 303