• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 851
— 20.05.2020 19:38

Sürücülük vəsiqəsinin vaxtı bitən şəxslər məsuliyyətə cəlb olunmayacaqlar

KepezTV Player

Karantin rejimi dövründə etibarlılıq müddəti bitən sürücüklük vəsiqəsindən istifadə edənlər məsuliyyətə cəlb olunmayacaqlar. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.Söhbət karantin rejiminin növbəti 11 günü və geridə qalan müddətdə nəqliyyat vasitələrini idarə edərkən yol verilən qayda pozuntularının xüsusi texniki vasitələrin köməyi ilə aşkarlandığı hallarda həmin vəsiqələrdən istifadəyə görə cərimənin tətbiq edilməməməsindən gedir.Daha sadə dildə desək, vəsiqəsinin etibarlılıq müddəti bitən sürücü karantin müddətində qayda pozarsa, ona sadəcə ikinci əməlinə görə cərimə gələcək.

Kamran Əliyev - BDYPİ-nin şöbə rəisi: DİN Baş DYP İdarəsinin Regional qeydiyyat-imtahan və texniki baxış şöbələrində sürücülük vəsiqələrinin dəyişdirilməsi üçün müvafiq şərait yaradılmasını nəzərə alaraq, sürücülərin diqqətinə çatdırılır ki, 31.05.2020-ci il tarixdən etibarlılıq müddəti bitmiş sürücülük vəsiqələri ilə nəqliyyat vasitələrinin idarə edilməsi üçün verilmiş müddət bitmiş hesab olunacaq. Bu səbəbdən sürücülər qeyd olunan vaxtadək etibarlılıq müddəti bitmiş sürücülük vəsiqələrini dəyişməli və ya həmin sürücülük vəsiqələri ilə nəqliyyat vasitələrini idarə etməməlidirlər.