• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1584
— 20.05.2020 15:29

Magistraturaya ixtisas seçimi iyulun sonu-avqustda aparılacaq

KepezTV Player

Magistraturaya ixtisas seçimi iyulun sonu-avqustda aparılacaq. Dövlət İmtahan Mərkəzinin məlumatına görə, hazırda magistraturaya ixtisas seçiminin aparılması ilə bağlı ali təhsil müəssisələri ilə danışıqlar aparılır.

 AMEA-nın magistraturasına 2020/2021-ci tədris ili üçün də qəbul planı təsdiqlənib. 15 ixtisas 43 ixtisaslaşma üzrə 59 plan yeri təsdiq edilib. Ayrılan bütün plan yerləri dövlət sifarişlidir. Magistraturaya qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar AMEA-nın magistraturasına ayrılan plan yerlərində göstərilən ixtisaslaşmaları seçmək imkanı əldə edəcəklər.