• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1732
— 20.05.2020 11:55

Şagirdlər arasında keçiriləcək qiymətləndirilmə monitorinq xarakterli olacaq

KepezTV Player

Ümumtəhsil müəssisələrində təhsilalanların iyun ayında keçirilməsi nəzərdə tutulan qiymətləndirilməsi monitorinq xarakterli olacaq. Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdirinin müavini Orxan Abbasovun sözlərinə görə, qiymətləndirmə seçilmiş siniflərdə və seçilmiş şagirdlər arasında həyata keçiriləcək: "Proses bütün şagirdləri əhatə etməyəcək. Çünki ölkədə 1 milyon 600 mindən çox şagird var. Mövcud qaydalara əsasən, onları bir araya toplamaq mümkün deyil. Qiymətləndirmənin konkret olaraq, hansı siniflərdə və hansı fənlər üzrə keçiriləcəyinə gəlincə, bununla bağlı hələ qərar verilməyib. Orxan Abbasov onu da vurğulayıb ki, Azərbaycanda orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərinin şagirdlərinə attestatların nə zaman veriləcəyi bəlli deyil. Bu, daha çox buraxılış imtahanlarının keçiriləcəyi vaxtdan asılıdır. Abbasov valideynləri təşvişə düşməməyə çağırıb.